Elarizin kürəkəninin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisi əlavə şahid kimi ifadə verib. Nazirliyin əməkdaşı hakim və vəkillərin müəyyən suallarını cavablandıraraq inzibatçı tərəfindən istifadəçi hesablarının bloklanmasının mümkün olduğunu təsdiqləyib. O bildirib ki, inzibatçı tərəfindən bloklanan səhifəni bərpa etmək mümkün deyil. Mütəxəssis, eyni zamanda, korporativ imeyldən yazışmaların müəyyən oluna biləcəyini də bildirib. Daha sonra mobil operatorlardan məlumatlarla bağlı verilən sorğunun nəticəsi elan edilib. Təqsirləndirilənin vəkili vəsatətlə çıxış edərək "İnvestAZ"ın İdarə Heyətinin üzvü Ceyhun İbrahimovun məhkəməyə şahid qismində çağırılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib. Məhkəmənin növbəti iclası iyulun 31-nə təyin edilib.
Qeyd edək ki, iş üzrə zərərçəkən qismində üç nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov - tanınıb.
Təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO
Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO
Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu - VİDEO
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU - YENİLƏNİB
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Gölməçənin altında gizlənən təhlükə: Gündə 20-30 avtomobil bu çuxura düşür - VİDEO
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi










