Elçibəyin qardaşı qızının evi əlindən alınıb? - FOTOLAR

Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin qardaşı qızı Züleyxa Əliyeva mənzillə bağlı ciddi problemlə üzləşib.
Avtosfer.az xəbər verir ki, Züleyxa Əliyevanın yaxınları bununla bağlı “Bakupost”a müraciət edib.
Onlar bildiriblər ki, mübahisə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən və “Aspirantların yataqxanası” kimi tanınan binanın sökülərək yerində yeni yaşayış binasının tikilməsi ilə bağlıdır.
İddia olunur ki, həmin ünvanda Züleyxa Əliyevanın ailəsinə məxsus mənzil olub. Mənzil vaxtilə onun həyat yoldaşı Məmmədhəsən Əliyevə dövlət tərəfindən verilib və ailə uzun illər burada yaşayıb. Həyat yoldaşının vəfatından sonra isə mənzil Z.Əliyevaya qalıb.
Köhnə binanın sökülərək yerində yeni yaşayış binasının inşası “İnşaat Konstruksiyaları” MMC tərəfindən həyata keçirilib.
Qeyd edilib ki, şirkət sökülən mənzilin əvəzində yeni tikilidə mənzil verilməsi, həmin vaxtadək isə aylıq 300 manat kirayəhaqqının ödənilməsi barədə öhdəlik götürsə də, sonradan həmin mənzilin başqa şəxsə də satıldığı məlum olub.
Mənzillə bağlı problem olduğunu görən alıcı ödənişini geri istəyib və mənzil iddiasından əl çəkib. Lakin şirkət yenə sözügedən mənzili başqa şəxsə satıb.
Züleyxa Əliyeva üzləşdiyi vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yazılı müraciət etdiyini bildirib.


Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO












