Elçilikdən sonra qızın bibisi oğlunu öldürmüşdü - Cəzası bilindi

Biləsuvarın Aşağı Cürəli kəndində 1986-cı il təvəllüdlü Vüsal İlham oğlu İlhamlını qətlə yetirməkdə təqsirləndirilən 32 yaşlı Rüfət Əlizadənin məhkəməsi başa çatıb.
Avtosfer.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Əlizadə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib.
Bildirilib ki, hadisədən bir neçə gün əvvəl Rüfətin ailəsi Vüsalın dayısı qızı üçün onların evinə elçiliyə gedib. Lakin qızın ailəsi onlara yox cavabı verib.
Bundan sonra Rüfət qızın onu sevdiyini bildirərək xanımı qaçıracağını deyib. Bunu görən qızın atası bacısı oğlu Vüsala Rüfətgillə danışmasını və bu fikirlərindən daşındırmasını xahiş edib. “Finca Azərbaycan” şirkətinin Cəlilabad filialında kredit mütəxəssisi işləyən V.İlhamlı da dayısının xahişi ilə onlara elçi göndərmiş Rüfətlə telefonda danışıb. Lakin bu zaman tərəflər arasında mübahisə yaranıb və onlar görüşüblər.
Gecə saat 23 radələrində Aşağı Cürəlidə baş tutan görüş zamanı tərəflər əvvəlcə əlbəyaxa olublar. Vüsala gücünün çatmayacağını görən Rüfət daha sonra onu bir neçə dəfə bıçaqlayıb. Ağır xəsarətlər alan Vüsal hadisə yerində ölüb.
Məhkəmənin hökmü ilə Rüfət Əlizadəyə 13 il həbs cəzası verilib.
Qeyd edək ki, 2 uşaq atası olan V.İlhamlı ali təhsilli mütəxəssis olub.
Fotoda: Vüsal İlhamlı

Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












