Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO

Hadisə 12 Mart 2026 11:06
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gecə Gəncənin Gülüstan qəsəbəsində qətlə yetirilən 44 yaşlı Elçin Nağıyev təhsil işçisi imiş.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ixtisasca idman müəllimi olan şəxs Kəlbəcər rayon 71 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsində işləyirmiş.

E.Nağıyevi güllələyərək öldürməkdə şübhəli bilinən 17 yaşlı oğlu K.N. saxlanılıb.

Bildirilib ki, K.N. mərhumun 4 övladından ikincisidir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Hadisənin hansı zəmində baş verməsi araşdırılır.

***10:00

Martın 12-də Gəncə şəhər sakini Elçin Nağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Gəncə şəhər prokurorluğundan Avtosfer.az-a bildirilib ki, ilkin araşdırmalarla E.Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

***09:06
Gəncədə 44 yaşlı kişi qətlə yetirilib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə yaşayan Kəlbəcər rayon sakini 44 yaşlı Elçin Nağıyev odlu silahla öldürülüb.

İlkin məlumata görə, hadisəni 44 yaşlı kişinin 17 yaşlı oğlu Kənan Nağıyev törədib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində atası 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən övladı K.Nağıyev saxlanılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

 

Oxunub : 344
ŞƏRH YAZ
Ad

E-mail

Şərh