Elgünün sirli ölümü: “İnstaqramda status paylaşıb ki...” - ŞOK AÇIQLAMA

Yaralı vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılan və bir gün sonra xəstəxanada vəfat edən 11-ci sinif şagirdi Elgün İbrahimovun ölümü cəmiyyətdə böyük rezonansa səbəb oldu. Hadisə ilə bağlı müzakirələr hələ də davam edir. Valideynləri onun qətlə yetirildiyindən şübhələnirlər. Araşdırılan digər bir versiya isə Elgünün intihar etməsi ilə bağlıdır. Lakin hələlik istintaq yekun nəticəyə gələmyib.
Bəs, indiyə qədər bəlli olan fakt və əlamətlərə əsasən, nə demək mümkündür? Sadalanan versiyalardan hansı həqiqətə yaxındır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Bakupost"a danışan Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasov bildirib ki, dəqiq nəticəyə gəlmək üçün istintaq materiallarının araşdırılması vacibdir:

“Amma mən ilkin olaraq onu deyə bilərəm ki, əgər meyit o vəziyyətdə 5 mərtəbəli binanın həyətində aşkarlanıbsa, intihar versiyası da, binadan ehtiyatsızlıqdan yıxılma versiyası da mümkündür.”
M.Abbasovun sözlərinə görə, hadisə yerindəki görüntülər və meyitin aşkarlanma forması hündürlükdən yıxılma ehtimalına əsas verir:
“Təbii ki, yüzlərlə fərziyyə var. Lakin ümumi götürəndə, hadisə yerindəki görüntüyə baxanda mənim fərziyyəm budur ki, bu, hündürlükdən yıxılmanın xarakterik xəsarətidir. Düzdür, bunu daha çox ekspertlər müəyyənləşdirir. Amma başın o hissədə dağılması adətən, hündürlükdən yıxılma zamanı alınan xəsarətə bənzəyir. Təbii ki, bunu məhkəmə-tibbi ekspertlər daha dəqiq bilir. Hesab edirəm ki, bu versiya üzərində daha çox dayanmaq lazımdır. Yəni binadan düşmə".
İntihar ehtimalını istisna etməyən M.Abbasov Elgünün sosial şəbəkədə yazdığı statusdan da bəhs edib:
“İndi intihardır, ehtiyatsızlıqdan olub, yaxud onu kimsə oradan atıb, bunlar araşdırılmalıdır. Bu şeylər mümkündür. İnstagramda gördüm ki, onun “Mən artıq istifadə olunmaqdan yoruldum” - deyə yazdığı bir statusu var idi. Adətən, bu cür status yazan insanlarda müəyyən qədər intihar ehtimalı olur. Amma yenə deyirəm ki, burada dəqiq qərarı istintaq orqanlarının mövqeyini gözləməklə vermək olar. Yəni bizim dediklərimiz fərziyyələrdir”.
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO
Bir marketdən oğurlayıb başqasına satdı - Polis saxladı










