Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı

Xəbər verdiyimiz kimi, Hesablama Palatasının Dövlət Turizm Agentliyində apardığı və 2021-2024-cü illəri əhatə edən auditin nəticələri açıqlanıb. Audit zamanı adı çəkilən Agentlikdə çox sayda nöqsan aşkarlanıb, daha doğrusu, 18,5 milyon manatlıq maliyyə pozuntusuna yol verildiyi üzə çıxıb. Xatırladaq ki, Dövlət Turizm Agentliyinə 2018-ci ildən Fuad Nağıyev rəhbərlik edir.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, bu müddətdə onun və rəhbəri olduğu qurumun fəaliyyəti medianın, ekspertlərin və deputatların, eləcə də sadə vətəndaşların sərt tənqid hədəfinə çevrilib. Əksəriyyətin fikrincə, Nağıyev ölkə turizminin inkişafı üçün qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələ bilməyib.
Bu ilin əvvəllindən qurum ətrafında baş verənlər isə deyilənlərin əsassız olmadığını göstərir. Belə ki, martda Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən martın 4-ü şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Bir neçə gün öncə onun haqqında həbs qəti imkan tədbirinin müddəti iki ay daha uzadılıb. Məlumata görə, o, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.
Bu həbsdən bir neçə gün sonra Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət elan edilib. O, işində yol verdiyi nöqsanlara görə cəzalandırılıb. Həmin vaxt yerli KİV yazırdı ki, Nağıyevin şiddətli töhmət alması onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlıdır. İddia edilirdi ki, Dövlət Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib. “Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Təbii ki, bütün bunlar da dövləti cinayətdir” – lent.az saytının əldə etdiyi məlumatda bildirilirdi.
İndi isə Dövlət Turizm Agentliyində ağlasığmaz məbləğdə yeyintinin aşkarlanması Fuad Nağıyevin öz işinin öhdəsindən gələ bilmədiyini və onun rəhbərlik etdiyi qurumun fəaliyyətini faktiki olaraq iflic vəziyyətə saldığını ortaya qoyur. Gözləmək olardı ki, Agentlik sədrinin adı barəsində cinayət işi açılan, yalnız kreslosunu deyil, azadlığını da itirən iri məmurların siyahısına da düşə bilər. Lakin maraqlıdır ki, sadəcə son bir neçə ayda baş verən bu qədər qalmaqala baxmayaraq Nağıyev hələ də vəzifəsində qalır...
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












