Əməliyyat keçirildi - 300 kiloqrama yaxın heroin aşkarlandı

Gürcüstan hüquq-mühafizə orqanları miqyasına görə misli görünməmiş beynəlxalq narkotrafik faktını üzə çıxarıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, müxtəlif dövlət qurumlarının iştirakı ilə həyata keçirilən birgə əməliyyat nəticəsində 298 kiloqram heroin aşkarlanaraq müsadirə olunub. Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidzenin bildirdiyinə görə, aşkarlanmış narkotik vasitənin qara bazardakı dəyəri təxminən 85 milyon lari (30 milyon ABŞ dolları) təşkil edir. Araşdırma zamanı məlum olub ki, heroin Ermənistandan Gürcüstana “Ququti” gömrük keçid məntəqəsi vasitəsilə gətirilib. Narkotik vasitə yanğına davamlı kərpic adı altında yük maşınının qoşqusunda gizlədilərək Batumi üzərindən Avropa ölkələrinə daşınmalı imiş. Gömrük rəsmiləşdirmə zonasında yükə baxış zamanı plastik materialdan hazırlanmış və kərpicə bənzəyən 600 konteyner aşkarlanıb. Bu konteynerlərdə heroinin gizlədildiyi müəyyən edilib. Faktla bağlı bir Gürcüstan vətəndaşı saxlanılıb və ona qarşı xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və ölkəyə gətirilməsi maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. Əməliyyat Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti, Patrul Polisi, Baş Prokurorluq və Maliyyə Nazirliyinin Gömrük Departamenti tərəfindən birgə həyata keçirilib. Hazırda istintaq davam edir, narkotrafikin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO











