Əmisi oğlunun pasportu ilə Bakıya uçan şəxs tutuldu - "İspaniya planı" DEŞİFRƏ OLDU

19 yaşlı pakistanlı Muhammad Arşad Bakı Hava Limanında saxlanılıb. Buna səbəb başqa şəxsin pasportu ilə Azərbaycana keçməyə cəhd etməsidir.
Avtosfer.az "Musavat.com"a istinadla xəbər verir ki, Muhammad Arşad Lahor-Bakı reysi ilə Bakıya gəlib.
Hava limanında yoxlanış zamanı fotodakı şəxsin Arşada oxşamadığı müəyyən edilib.
Araşdırma zamanı həmin şəxsin başqası olduğu bilinib.
Arşad dindirilən zaman məlum olub ki, onun təqdim etdiyi pasport əmisi oğlu Ali Osmana məxsus olub. Həmin pasporta görə əmisi oğluna üç min dollar ödəyib.
O, əməlindən peşman olduğunu, Bakıya gəlməkdə məqsədinin buradan İspaniyaya getmək olduğunu bildirib.
Maraqlıdır ki, Arşad həmin pasportla Pakistan hava limanından Bakıya uça bilib.
Araşdırma zamanı o da məlum olub ki, Ali Osman öz pasportunu əmisi oğlu Arşada verən zaman İspaniyada müvəqqəti yaşamaq icazəsi verilən sənəd də təqdim edib. Arşad işləmək və yaşamaq üçün İspaniyaya getmək istədiyini deyib.
Məhkəmə Muhammad Arşada səkkiz ay həbs cəzası verib. Cəzası başa çatdıqdan sonra məcburi qaydada ölkədən çıxarılacaq.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












