Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı

Bakıda sürücülər arasında dava olub. Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.
İttiham aktına görə, 22 yaşlı Rəcəb Muxtarov (ad və soyad şərtidir) "Kia Pride" markalı avtomobili dövlət qeydiyyat nişanı üzərində olmadan idarə edib. Bu zaman "Mercedes" markalı avtomobil onu ötərək keçib. "Mercedes" sürücüsünün bu hərəkəti Rəcəbin xoşuna gəlməyib. Buna görə də onlar arasında dava olub. Dava zamanı Rəcəb əlindəki dəmir parçası ilə özündən yaşca çox böyük olan şəxsin sifətinə zərbə vurub. Nəticədə zərərçəkənin burnu sınıb və bir sıra xəsarətlər alıb.
Buna görə də R.Muxtarov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.
Təqsirləndirilən Rəcəb Muxtarov bildirib ki, Naxçıvanda hərbi xidmətdə olub. Xidmət zamanı hava dumanlı olduğu üçün digər əsgər yoldaşı ilə azaraq Ermənistan tərəfə keçib. Doqquz ay bu ölkədə əsirlikdə saxlanılıb və sonradan Azərbaycana qaytarılıb. Zərərçəkən isə bildirib ki, Rəcəb onu "beşbarmaq"la vurub. Onun sözlərinə görə, Rəcəb həmin alətlə sifətinə iki dəfə yumruqla vurub. O, yerə yıxılandan sonra Rəcəb təpiklə də ona zərbələr vurub. Sonra dostları ilə birgə çıxıb gediblər.
Zərərçəkən təqsirləndirilən şəxslə barışdıqlarını və onun həbs olunmasını istəmədiyini deyib.
Məhkəmənin qərarı ilə Rəcəb Muxtarov barəsində bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron qolbaq taxılıb, eyni zamanda Bakını tərk etmək və kütləvi tədbirlərə qatılmaq qadağan edilib.
Yeni dələduzluq növü: Xarab telefonu qəsdən avtomobilə vuraraq pul tələb edir - VİDEO
Bakıda qadın azyaşlı övladı ilə 8 zolaqlı yolda qayda pozdu - VİDEO
Zaqatalada güclü külək FƏSADLAR YARATDI: Aşman ağaclar avtomobil yolunu bağladı - FOTOLAR
Xanım sərnişin taksidə siqaret çəkmək istədi – Sürücü... - VİDEO
Bakıda yeniyetməni oğurluğa cəlb edən şəxs 6 il azadlıqdan məhrum edildi
“TikTok”da canlı yayım açıb tülküyə işgəncə verdi: “Hədiyyə göndərməsəniz…” - VİDEO
Mərdəkanda dənizdə 4 nəfər batdı; 3-nün meyiti tapıldı - YENİLƏNİB
“Dərnəgül”də təhlükəli anlar: Piyada az qala avtobusun altında qalırdı - VİDEO
Bilgəhdə hərəkətdə olan avtomobil qəfil alovlandı - VİDEO
Keçiddən keçməyən piyada qəzaya səbəb oldu - REAL VİDEO
Maşınların şüşəsini qırıb oğurluq edən şəxs SAXLANILDI - FOTO - VİDEO










