Ermənidən dəhşətli qətl: Nigeriyalı iş adamını güllələdi - ANBAAN VİDEO

Rusiyanın Krasnodar vilayətində Andronik Qriqoryan adlı erməni nigeriyalı iş adamını güllələyib.
Həmidu Yakubu adlı nigeriyalı iş adamının öldürülmə görüntüləri anbaan kameralara əks olunub. Kadrlarda Andronik Qriqoryanın iş adamını gözlədiyi və ona iki dəfə atəş açdığı görünür.
İlkin ehtimallara görə, Qriqoryan Həmidu Yakubunu borca görə öldürüb. Qriqoryanın ona yeddi milyon rubl borcu olub və borcun müqabilində girov qoyulmuş evini qaytarmaq istəyib.
Məlumata görə, aqrar universiteti bitirərək doktorluq dissertasiyası müdafiə edən Həmidu Yakubu Kalininskaya kəndində buğda və günəbaxan əkini ilə məşğul olub. Həmçinin Timaşevski yağ zavodunun tədarükçülərindən biri olub. Eyni zamanda bölgədə məşhur “Havana” gecə klubunun və şəhərdəki bir neçə başqa şirkətin sahibi olub.
Bir neçə il əvvəl Qriqoryan Yakubudan və onun biznes ortağından yeddi milyon rubl borc alıb və uzun müddət qaytarmayıb. O zaman öldürülən iş adamı sövdələşmə təklif edib. Qriqoryanın yarımtikili evini öz adına keçirib, sataraq pulunu götürüb, arada qalan fərqi isə qaytarıb. Qriqoryan evini itirəndən sonra Həmidunu təqib edərək onu hədələyib.
Sonunda onun olduğu məkanda çıxmasını gözləyib və of tüfəngi ilə Yakubuya atəş edib. İş adamı təcili yardım gələnə qədər həyatını itirib.
Yaxınlarının dediyinə görə, qatil evini itirdiyi üçün çox kədərlənib və onu qaytarmaq istəyib. (oxu.az)
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB










