Erməniəsilli bloqer Arsen Markaryan dindirildi: Təqsirini etiraf etdi

Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə şübhəli bilinərək saxlanılan erməni bloqer Arsen Markaryan bir qrup şəxsi milli mənsubiyyətinə görə alçaltmaqda ittiham olunub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsindən məlumat verilib. "Rusiya İstintaq Komitəsinin Moskva üzrə Qərb İnzibati Dairəsi İstintaq İdarəsinin Nikulinski Rayonlararası İstintaq İdarəsi 2004-cü il təvəllüdlü paytaxt sakininə qarşı cinayət işi üzrə araşdırma aparır. O, Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin 1-ci hissəsinin "b" bəndində (nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması) nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur", - deyə idarədən bildirilib. Moskva İstintaq Komitəsinin müstəntiqləri müttəhimi saxlayıb və ona ittiham irəli sürüblər. Dindirilmə zamanı o, təqsirini tam etiraf edib və əməlindən peşman olub. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2025-ci il avqustun 18-nə qədər olan müddətədək Moskva vilayətində olarkən milli mənsubiyyətinə görə seçilən bir qrup insanın - rusların ləyaqətini alçaltmağa yönəlmiş bir neçə videoçarx çəkib və bundan sonra həmin görüntüləri mesencerlərdən birində yayımlayıb.
***
Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə şübhəli bilinən erməni bloqer Arsen Markaryan saxlanılıb.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Onun barəsində Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Kütləvi informasiya vasitələrindən və ya informasiya-telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə nasizmin reabilitasiyası və Vətən müdafiəçilərinin xatirəsini təhqir etmə) ilə cinayət işi açılıb. Həmin maddəyə əsasən onu beş ilə qədər həbs cəzası gözləyir.
"İstintaqın məlumatına görə, 2025-ci il fevralın 25-dən gec olmayaraq, videohostinq saytlarından birinin populyarlığından xəbərdar olan Markaryan qeyri-məhdud sayda insan üçün vətən müdafiəçilərinin xatirəsinin təhqir olunması barədə məlumatların yer aldığı videoçəkiliş yerləşdirib", - İstintaq Komitəsində qeyd olunub.
***
Rusiyada erməniəsilli bloqer Arsen Markaryana qarşı terrorizmə bəraət qazandırılması iddiası ilə cinayət işi qaldırılıb.
Bu barədə Rusiya KİV-i xəbər verir.
Moskva Prokurorluğunun yanvarın sonunda Markaryana qarşı cinayət işinə dair məlumatında bildirilirdi ki, bloqer videoçarxda terrorizm ideologiyası və praktikasının düzgünlüyünə dair mövqe nümayiş etdirib, Rusiya ərazisində ölkə vətəndaşlarına qarşı dronlardan istifadə ilə terrora çağırışlar edib.
Bloqer beş ilə qədər həbs cəzasına məhkum edilə bilər.
Gölməçənin altında gizlənən təhlükə: Gündə 20-30 avtomobil bu çuxura düşür - VİDEO
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi
Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş - FOTO - YENİLƏNİB
Qəbələdə avtomobil yanaraq külə döndü - VİDEO
Şəhid anası oğlunun ildönümündə vəfat etdi - FOTO
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi










