Ermənistan milli komandasının keçmiş qapıçısı yol polisini öldürüb qaçdı - VİDEO

Futbol üzrə Ermənistan milli komandasının qapıçısı Armen Fişyan Stavropol diyarında “Gelandewagen” markalı avtomobili ilə biri yol polisi əməkdaşı olmaqla iki nəfəri öldürüb, sonra isə qəza yerindən qaçıb.
Qəzaya səbəb erməni idmançının yolsuzluq avtomobili ilə Mineralnıye Vodı istiqamətində maksimal sürətlə hərəkət etməsi olub. Qafqaz yolunun 284-cü kilometrliyində o, sol zolaqdan çıxıb və polis leytenantını, həm onun cərimə yazmaq üçün saxladığı “Lada Priora” markalı avtomobilin sürücüsünü vurub. Nəticədə hər iki şəxs həlak olub.
Bundan dərhal sonra Fişyan hadisə yerindən qaçsa da, 60 kilometr sonra saxlanılıb. O, həbsi zamanı heç kimi vurmadığını iddia etsə də, maşının üzərindəki qanın haradan olduğunu izah edə bilməyib.
Fişyan barəsində “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” maddəsi ilə iş açılıb. Onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Armen Fişyan - Ermənistanın gənclərdən ibarət futbol komandalarının keçmiş qapıçısıdır. Peşəkar karyerasını 2016-cı ildə başa vurub. Bundan sonra minifutbol klublarında oynayıb.
Oxu.az
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO










