Ermənistanda avtomobillə səyahət edən rusiyalı cütlük qətlə yetirilib

Ermənistanda avtomobillə səyahət edən rusiyalı cütlük qətlə yetirilib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı NTV-nin "Telegram" kanalı yayıb.
Məlumata görə, Rostov şəhərindən olan 44 yaşlı endokrinoloq Marina Ayrapetyan əri ilə birlikdə avtomobillə hərəkət edərkən dincəlmək üçün yolun kənarında dayanıb. Bu zaman bir nəfər qaçaraq onların yanına gəlib və avtomobillərinin açarlarını tələb edib. Cütlük açarları verməkdən imtina etdikdə, naməlum şəxs tüfənglə onları vurub. O, cəsədləri yolun kənarında gizlədib və qurbanların avtomobilinə minərək ərazidən uzaqlaşıb. Aparılan axtarışlar nəticəsində cinayəti törədən şəxs tapılıb və dindirmə zamanı cinayəti etiraf edib. Ona ömürlük həbs cəzası verilməsi gözlənilir. Polis bildirir ki, 61 yaşlı cinayətkar bundan əvvəl qonşusu olan ər-arvadı tarlada öldürüb. Turistlərin avtomobili ona qaçmaq üçün lazım olub.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












