Evin içində narkotik istixanası düzəltdilər

Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda bir binadan gələn şübhəli və güclü qoxu polis əməliyyatına səbəb olub. Aparılan yoxlamalar nəticəsində tam izolyasiya edilmiş otaqda qurulan narkotik istixanası aşkarlanıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mənzilə daxil olan polis təxminən 60 kvadratmetrlik bir otağın xüsusi şəkildə izolyasiya edildiyini və narkotik istehsalı üçün istixanaya çevrildiyini müəyyən edib.
Aparılan axtarış zamanı ümumilikdə 81 ədəd kannabis bitkisi və 42 kiloqram 300 qram marixuana aşkar edilərək götürülüb. Müsadirə edilən maddələrin bazar dəyərinin təxminən 30 milyon türk lirəsi olduğu bildirilir.
Otaqda həmçinin 25 ədəd iqlim nəzarət lampası, 4 ventilyasiya cihazı, 15 ventilyator, qurutma avadanlıqları, bitki qidaları və narkotik istehsalında istifadə edilən müxtəlif texniki vasitələr də tapılıb.
Bütün maddi sübutlar Narkotik Cinayətkarlıqla Mübarizə Şöbəsinə təhvil verilib, faktla bağlı araşdırma davam edir.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












