Evinə getmək istəyən gənc “Niva”nı oğurladı: Görün nələr etdi … - VİDEO

18 yaşlı gənc evinə getmək üçün avtomobil oğurlayıb. Avtosfer.az məlumat verir ki, Rusiyanın Tümen şəhərində baş verən hadisənin görüntüləri təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Belə ki, həmin gənc bir evin qarşısında park edilmiş “Niva”nın qapısını açaraq naqilləri qısa qapanma yolu ilə avtomobili işə salaraq evinin yolunu tutub. Ünvanının yaxınlığına çatan gənc Obdorskaya küçəsində iz itirmək üçün avtomobilin dövlət nömrə nişanlarını çıxararaq baqaja qoyub və evinə gedib. Səhəri gün sahibi avtomobilini yerində tapmayaraq polisə gedib.
Hüquq-mühafizə orqanları əməkdaşları oğurlanan avtomobili qısa zaman ərzində taparaq sahibinə təhvil veriblər. Gənc oğlan isə aşkarlanaraq istintaqa cəlb olunub. İndi onu 5 ilə qədər həbs cəzası gözləyir.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev














