Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi

Şəki şəhərində yaşadığı mənzili əxlaqsızlıq yuvasına çevirmiş qadın cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Şəki Şəhər Məhkəməsinin hökmü ilə şəhər sakini 1969-cu il təvəllüdlü Dilbər Yusifova (ad və soyadı şərti) 1 il 6 ay müddətə həbs edilib. O, məhkəmə zalındaca tutularaq cəzasını çəkəcəyi müəssisəyə göndərilib.
Bildirilib ki, D.Yusifova pul qarşılığında müxtəlif şəxslərlə görüşən həmcinslərinə öz evində şərait yaradıb və əldə edilən pulun yarısını özünə götürüb. Onun əxlaqsızlıq yuvası yaratmaqla yanaşı, bir neçə qadını fahişəliyə cəlb etməsi də müəyyən olunub.
İstintaq zamanı ifadə verən şəxslər bildiriblər ki, D.Yusifovanın evinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsini xeyli insan bilib və orada mütəmadi görüşlər təşkil edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 243 və 244-cü (fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvası saxlama) maddələri ilə cinayət işi açılıb.
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO












