Evini satışa qoyan şəxs dələduzların qurbanı oldu – 21000 manatını aldılar 

Hadisə 25 May 2024 14:20 Oxunub 830
Evini satışa qoyan şəxs dələduzların qurbanı oldu – 21000 manatını aldılar 
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda daha bir şəxs kiberdələduzların qurbanına çevrilib. Avtosfer.az xəbər verir ki, evini elan saytında satışa çıxaran şəxsə Qazaxıstan nömrəsi ilə zəng gəlib və naməlum şəxs evi almaq istədiyini bildirib. Bir gün ev yiyəsi ilə danışıqlar apararaq evi müzakirə edən şəxs, nəhayət onunla evi almaq barədə “razılşır”.

Bu zaman isə evi satana təklif edir ki, beh ödəmək üçün bank kartı məlumatlarını ona versin. Ev yiyəsini telefonda söhbətə tutan şəxs, bank kartının 16 rəqəmindən əlavə, digər məlumatları da əldə edir. Bir müddət sonra kartından 21 min manatın oğurlandığını anlayan ev sahibi polisə şikayət edir. Onu da qeyd edək ki, həmin dələduzlar vətəndaşa “saf” olduğuna görə təşəkkür də ediblər.

Ümumiyyətlə, son dövrlər belə kiberdələduzluq halları ölkəmizdə də artıb. Bəs, bu cür hallarla qarşılaşmamaq üçün vətəndaşlarımız nə etməlidir?

Sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenatı Elşad Hacıyev də açıqlama verib.

Kimsə nikaha məcbur edilə bilməz" - Elşad Hacıyev - Unikal.az

O, vətəndaşları diqqətli və kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olmağa çağırıb:

“Vətəndaşlar, dayanın! Kiber talamaya məruz qalma riskləri gündən-günə artır! Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın. Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb”.

O da xəbərdarlıq olunub ki, şəxsi imkanlarınızı, varınızı, pulunuzu sosial şəbəkələrdə nümayiş etdirib diqqət çəkməyin:

“Cinayətkar qruplar tərəfindən profil və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir. Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın. Kiber cinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə etmir. Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub”.

“Faktların təhlili göstərir ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb”, - deyə DİN rəsmisi bildirib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh