Eyni küçədə sürücülər qəza törətdi, piyada təhlükə yaratdı - VİDEO

Hadisə 3 Oktyabr 2024 19:03 Oxunub 174
Eyni küçədə  sürücülər qəza törətdi, piyada təhlükə yaratdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonu Yeni Yasamal yaşayış massivində qayda pozan piyada və sürücülər kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında Əsəd Əhmədov küçəsində qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, 77-KH-793 dövlət nişanlı “KIA” markalı maşın, “Toyota Prius” markalı avtomobillə toqquşub. Bu səbəbdən yolda sıxlıq yaranıb və sürücülər məcbur qalaraq əks istiqamətli yolla hərəkət ediblər. Bir neçə metr sonra isə qayda pozan piyada görüntülənib. Belə ki, keçiddən istifadə etməyən gənc oğlan yolun hərəkət hissəsindən keçib.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri sözügedən küçədə sürücü və piyadaların tez-tez qayda pozduqlarını bildiriblər.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh