Faciəvi şəkildə ölən Könül qazinin xanımı imiş... - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, iyunun 29-da saat 21 radələrində 20 yaşlı Könül İbrahimova yaşadığı Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və qazilər üçün inşa edilmiş şəhərcikdəki binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, gənc qız bir neçə ay əvvəl ailə həyatı quraraq həmin binaya köçübmüş. Belə ki, o, Vətən müharibəsi qazisi olan şəxslə evlənib.
İddialara görə, K.İbrahimovanın əri daha əvvəl başqa qadınla ailəli olsa da, sonradan xanım onu tərk edib.
Qazinin Könüllə “ASAN xidmət” mərkəzində nikah mərasimindən çəkilmiş görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Bir çox sosial şəbəkə izləyicisi Könülün yeni qurduğu ailədə problemlərin olduğunu, onun zorakılıqla üzləşdiyini iddia ediblər.
Baş vermiş hadisə ilə bağlı hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, ilkin məlumatda Könül İbrahimovanın ehtiyatsızlıqdan yıxılaraq öldüyü bildirilib. Hadisənin dəqiq səbəbi aparılan araşdırmanın yekununda müəyyənləşəcək.


Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO










