Fərdi təhsilə cəlb edilməyən sığınacaqdakı gənc qızla bağlı qərar verildi - FOTO - YENİLƏNİB

Sığınacaqda depressiyaya düşən qız fərdi təhsilə cəlb ediləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
"Məlumat üçün bildirirəm ki, iş saatı başlayan kimi mənə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Bəşarət müəllim zəng edərək bildirdi ki, müraciətinizlə bağlı artıq qərar və tapşırıq 314 saylı tam orta məktəbin direktoru Səfa müəllimə verildi. Üç uşaq 1 dekabr 2025-ci il tarixindən müvafiq cədvələ uyğun olaraq fərdi təhsilə gedəcək.
Gedirəm təzə məktəb paltarı almağa", - paylaşımda bildirilib.
***
"Sığınacaqda qalan gənc fərdi təhsilə cəlb edilmədiyi üçün depressiv vəziyyətə düşüb, paltarlarını doğrayıb".
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
"14 noyabrda sosial şəbəkədə status paylaşmışdım fərdi təhsilə getməli olan üç sakinimizlə bağlı. 17 noyabrda qaçaqaçla dedilər ki, bazar ertəsindən artıq gedəcəklər. Hər gün paltarını axşamdan hazırlayıb bizdən cavab gözləyirdi. Cavab isə "hələ gözləyək" idi.
Alın indi cavabınızı! 16 yaşlı, üçüncü sinfə fərdi təhsilə gedəcək qızımız daha getməyəcək.
Depressiv vəziyyətdədir artıq. Kəsib doğrayıb paltarlarını", - paylaşımda bildirilib.
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu göndərilib.

Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi








