Fərdi yaşayış evində yanğın – 3 nəfər ölüb

Rusiyanın Novosibirsk şəhərində üç nəfərin ölümünə səbəb olan yanğın baş verib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin Telegram kanalında məlumat verilib.
Yanğının kəşfiyyatı zamanı həyat əlaməti olmayan iki böyük və bir uşaq aşkar edilib. Yaralı aşkar edilən daha bir nəfər isə ağır vəziyyətdə yanıq mərkəzinə yerləşdirilib.
İdarədən bildirilib ki, gecə saat üç radələrində fərdi taxta ev yanıb, hadisə zamanı eyvan və evin döşəmələri dağılıb. Qonşuların dediyinə görə, evdə ər-arvad yaşayırmış, bir gün əvvəl qızı və nəvəsi onlara baş çəkməyə gəliblər.
Yanğının baş vermə səbəbi Rusiya Fövqəladə Hallar Nazirliyinin və İstintaq Komitəsinin müstəntiqlərinin daxil olduğu qrup tərəfindən müəyyən ediləcək.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












