Fermerin təsərrüfatı alova bürünür - Füzulidə müəmmalı yanğınlar - VİDEO

Füzuli rayonunun Qaraxanbəyli kənd sakini İsmayıl İsmayılov təsərrüfatında silsilə yanğınların törədildiyini iddia edir. Onun sözlərinə görə, son dörd ay ərzində təsərrüfatında ümumilikdə altı yanğın hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, İsmayıl İsmayılov hazırda Qayıdış qəsəbəsində məskunlaşıb. O bildirib ki, ailə üzvləri və yaxınları ilə birlikdə xırdabuynuzlu heyvan təsərrüfatı ilə məşğuldur.
Təsərrüfat sahibinin sözlərinə görə, ardıcıl şəkildə baş verən yanğınlar nəticəsində ona külli miqdarda maddi ziyan dəyib. Son dörd ayda altı yanğın hadisəsinin qeydə alınması ailənin narahatlığını daha da artırıb.
İsmayıl İsmayılov qeyd edib ki, sonuncu yanğınlar ötən ilin dekabr ayının 29 və 31-də, eləcə də bu il yanvarın 1-də baş verib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis orqanlarına Füzuli rayon sakinlərindən şikayət ərizələri daxil olub. Polis əməkdaşları tərəfindən vətəndaşların izahatları alınıb, müvafiq prosessual hərəkətlər həyata keçirilib.
Hazırda Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcəyi bildirilib.
Yasamalda avtomobil yandı
Polis rəisi özünü vurdu - Araşdırmalara başlanıldı – FOTO
Oğurluğa görə axtarılan DYP əməkdaşı tapıldı - 23 il bu cür gizlənib
Qubada bədbəxt hadisə - Məktəbli özünü...
Zabratda təhlükəli mənzərə: Qopan ağac taxta dirəklərin ümidinə qalıb - VİDEO
İsmayıllıda cütlük maşında tutuldu – 15 yaşlı Babək həbs olundu
Polis dələduzluq edənlərə qarşı əməliyyat keçirdi - 15 nəfər istintaqa təhvil verildi
Sumqayıtda zavod işçisi avtobusda öldü
Masazırda “Chevrolet” keçiddən keçməyən piyadanı vurdu - VİDEO
Sərnişin oturacağında yatan sürücü həbs edildi
Ceyranbatanda atları döyüb öldürüblər – VƏTƏNDAŞ ŞİKAYƏTİ- VİDEO










