FHN-ə işə düzəlmək istəyənlər dələduzluğun qurbanı oldu

Astarada Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəlmək istəyən şəxslər dələduzluqla üzləşib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, onlara qarşı dələduzluğu öz həmyerliləri edib. Mayıl adlı həmin şəxs FHN-ə işə düzəlmək istəyən həmyerlilərinin ataları ilə tanış olub. Mayıl onlara FHN-də yüksək vəzifəli tanışlarının olduğunu bildirib. Həmin şəxslər də ondan övladlarını FHN-ə işə düzəltməyi xahiş ediblər. Mayıl tanışlarının birindən 7400, digərindən isə 7000 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. Zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət edib. Mayıl saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. Cinayət işinə Astara Rayon Məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə baxılıb. Mayıl məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, deyib ki, tanışlarından aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib. Lakin sonradan hər iki zərəçəkmişə dəymiş ziyan ödənilib və tərəflər arasında barışıq əldə olunub. Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılıması cəzasına məhkum edilib.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












