FHN-ə işə düzəltmək adı ilə daha bir dələduzluq

Sumqayıtda vətəndaşlara qarşı pensiya, sosial yardım və işə düzəltmə adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə mühakimə olunan Z.R. adlı qadına 1 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Z.R. bundan əvvəl də 360 saat ictimai işlər cəzasına məhkum edilib. Həmin cəza 90 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla hazırkı cəza ilə qismən toplanılıb. Nəticədə Z.R. 2 il müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. İş materiallarından aydın olur ki, Z.R. bir neçə vətəndaşı Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə aldadıb. O, zərərçəkmişlərin birindən 2000, digərlərindən isə 5000 və 7360 manat pul alıb. Z.R.-nın əməlləri bununla bitməyib. O, daha bir neçə nəfəri təqaüd və sosial yardım düzəltmək adı ilə aldadıb. Məhkəmə prosesi zamanı Z.R. ona verilmiş üzrə ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məlum olub ki, vətəndaşlara dəymiş ziyanın bir hissəsini ödəyib.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












