FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB

Salyanda xidməti vəzifəsini yerinə yetirərkən avtomobil ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını vuran şəxsin kimliyi müəyyən olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ələt-Astara avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb.
Hadisə nəticəsində 44-BU-065 dövlət qeydiyyat nişanlı "Mercedes-benz Atego" markalı avtomobili idarə edən Hikmət Hüseynov Salyan rayonu istiqamətində hərəkətdə olarkən iki nəfər piyadanı vurub. Piyadaların biri hadisə yerində həyatını itirib, digəri xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
***10:28
Salyanda iki nəfər yanğınsöndürəni avtomobil vurub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Kürsəngi kəndindən keçən ərazisində baş verib.
Yanan yük avtomobilini söndürməyə gələn FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin iki əməkdaşını yoldan keçən minik avtomobili vurub. Hadisə nəticəsində yanğınsöndürənlərdən biri-42 yaşlı Hakim Piriyev hadisə yerində ölüb, digər əməkdaş xəstəxanaya çatdırılıb.
***09:48
Fövqəladə Hallar Nazirliyi hadisə ilə əlaqədar açıqlama yayıb: “21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. E.Tağıyevin həyati təhlükəsi yoxdur.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Prospektdə qayda pozuntusu davam edir: Piyadalar işıqfora məhəl qoymur - VİDEO
Bakıda "BakuBus" avtobusu YANIB? - RƏSMİ - VİDEO - YENİLƏNİB
43 yaşlı kişini maşın vurub öldürdü
Narkotik qəbul edənlər taksinin yolunu kəsdi – Sürücü bibər qazı ilə cavab verdi - VİDEO
Bakıda “Hyundai” alışıb yandı - VİDEO
Goranboyda itin boğazına kəndirlə təkər bağlayan şəxs CƏZALANDIRILDI - VİDEO
Türkiyədə daha bir məktəbə silahlı hücum - Ölən var - VİDEO
Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş - VİDEO
Əhməd Rəcəbli küçəsində yol çökdü, təhlükəli vəziyyət yarandı - FOTO
Murad Arifin musiqiçilərinin maşınını sel apardı - VİDEO
Evlərdən bu yolla 25 minlik oğurluq edibmiş - VİDEO








