FHN əməkdaşları istirahət mərkəzində dərəyə yıxılan 14 yaşlı yeniyetməni xilas edib - FOTO - VİDEO
Hadisə
16 İyun 2024 21:47
Oxunub 516
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lənkəran-Lerik yolunun 23-cü kilometrliyində yerləşən istirahət mərkəzinin ərazisində yeniyetmənin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu il təvəllüdlü Ş.Məmmədlinin istirahət mərkəzinin ərazisində yıxılaraq dərəyə düşdüyü və ağacdan asılı vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər tərəfindən xüsusi alpinist ləvazimatlarının köməyi ilə yeniyetmə dərədən çıxarılaraq ailəsinə təhvil verilib.
ŞƏRH YAZ