FHN qanunsuz tikintinin qarşısını aldı - VİDEO - FOTO
Hadisə 10 Dekabr 2022 14:45 Oxunub 420
FHN qanunsuz tikintinin qarşısını aldı  - VİDEO - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Pirallahı rayonunda qanunsuz tikintinin qarşısını alıb.

Bu barədə Avtosfer.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Pirallahı rayonunun “Qışlaq” deyilən ərazisində tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində, habelə müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Qanunsuz tikinti işinin qarşısı alınıb və inşası davam edən obyekt sökülüb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh