Yasamalda intihara cəhdin qarşısı BELƏ ALINDI - VİDEO

Bu gün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən unikal xilasetmə əməliyyatı həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir. Məlumata görə, günorta saatlarında Bakı şəhərinin Yasamal rayonu, Ə.Əhmədov küçəsində 1 nəfər qadın 16 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bunu görən qonşular dərhal nazirliyin "112" qaynar telefon xəttinə məlumat veriblər. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
ilasedicilər Vətəndaşla psixoloji söhbət apararaq həm də binanın həyətində xilasetmə yastığı açmaqla zəruri təhlükəsizlik tədbirləri görüblər. Lakin vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən binanın digər istiqamətindəki 9-cu mərtəbənin eyvanından xüsusi alpinist ləvazimatlarından istifadə etməklə 6-cı mərtəbədə yerləşən eyvana enib, astaca mənzilə daxil olaraq anidən vətəndaşı tutub onun intihara cəhdinin qarşısını alıblar.
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA








