Fikrini dəyişən sürücü orta zolaqdan əks yola çıxmaq istədi - VİDEO

Orta zolaqla gedən sürücü anidən qəranını dəyişdi və birbaşa əks tərəfə keçmək istədi.
Avtosfer.az xəbər verir ki, hadisə Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Avtomobilin videoregistratorunda əks olan görüntüdən aydın göründüyü kimi qarşıda hərəkət edən “Kia Rio” markalı avtomobil qəfil fikir dəyişikliyi ilə yolun əks istiqamətinə keçməyə cəhd edib. Əksər sürücülər kimi sıxlığın olmamasından istifadə edən sürücü sol zolağa daxil olmadan birbaşa ikinci zolaqdan dönmək istəyib. Nəticədə arxadan gələn avtomobil üçün təhlükəli vəziyyət yaranıb. Xoşbəxtlikdən avtomobil işini ehtiyatlı tutub və son anda qəza təhlükəsinin qarşısını alıb.
Qeyd edək ki, bu yola baş vuran sürücülər “Yol hərəkəti haqqında” qanunun maddəsində əksini tapan manevr etmə qaydasına zidd hərəkət etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən, 40 manat cərimə ödəmək məcburiyyətindədirlər.
Nərmin
“Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu - FOTO - VİDEO - YENİLƏNİB
Bakı Dairəvi yolunda yük maşınının yanmasından GÖRÜNTÜLƏR - VİDEO
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO










