Fırıldaqçıların YENİ OYUNU: "Bank kartını icarəyə ver ..." - VİDEO

"Bank kartını icarəyə ver, 5000 manat qazan" kimi elanlar artıq sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır.
Məlum məsələdir ki, heç kim qarşılıqsız pul verməz. Burada bir sual ortaya çıxır. Bank kartını icarəyə götürən şəxslər ondan hansı məqsədlər üçün istifadə edə bilərlər?
Avtosfer.az xəbər verir ki, İT mütəxəssisi Əmrah Mövsümzadənin sözlərinə görə, insanların hesablarını başqalarına icarəyə vermələri onların şəxsi məlumatlarının kibercinayətlər zamanı istifadəsinə səbəb ola bilər:
"Tez-tez müşahidə olunur ki, vətəndaşların şəxsi informasiyaları təhlükəli proseslərdə istifadə edilir".
Hüquqşünas Hikmət Əliyev isə bildirib ki, əgər hər hansı şəxs bank kartını və ya ona bağlı olan mobil tətbiqi könüllülük əsasında başqa bir şəxsin istifadəsinə verirsə, burada hüquqazidd davranış yoxdur:
"Əgər həmin bank kartı vasitəsilə hər hansı cinayətin törədilməsi nəzərdə tutulub və vətəndaş bunu bildiyi halda kartını təqdim edibsə, onun da əməlində cinayət tərkibi var. İşin hallarından asılı olaraq kart sahibi cinayət məsuliyyətinə cəlb edilə bilər".
Ətraflı Baku TV-nin süjetində:
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO









