“Formula 1”ə ayrılan pulları mənimsənilməsi ilə bağlı - MƏHKƏMƏ İŞİ

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid Zaur Məlikaslanov ifadə verib.
O deyib ki, Bakı Şəhər Halqası Əməliyyat şirkətində Təchizat şöbəsinin direktoru olub:
"Şirkətlər haqqında sənədləri Çingiz müəllimdən alırdım. Bütün alınan mallar hər departament üzrə bölünürdü. Xarici şirkətlərlə müqavilə bağlanırdı. Onlardan Formula 1 üçün lazım olan geyimlər və digər vasitələr idxal edilirdi. Çingiz Mehdiyevin təklif etdiyi şirkətlərə ona görə etibar edirdik ki, həmin şirkətlər Formula 1-in standartlarına uyğun idi. "Dayton İnvestment LTD" şirkəti ilə müqavilə bağlananda iştirak etməmişdim. Danışıqları Çingiz müəllimin özü aparırdı. Sifarişləri isə mən verirdim. Alınan mallar spesfik mallar idi. Mal alınandan, təhvil -təslim olandan sonra ödəniş olunurdu".
Şahidin sözlərinə görə, Çingiz Mehdiyevin hər hansı malların alınması üçün əmr vermək səlahiyyəti olmayıb. O, bildirib ki, maliyyə ilə bağlı sənədləri təchizat, maliyyə və departament direktoru imzalayıb.
"Çingiz müəllimin sifariş etdiyi mallarla gələn mallar arasında fərq yox idi. Təhvil-təslim aktlarına görə malları alırdıq. Qiymətlərlə bağlı hər hansı bir kriteriya yox idi. Bu razılaşma əsasında həyata keçirilirdi. Qiyməti birinci il Çingiz müəllim, sonra isə biz müəyyən edirdik. Bununla bağlı bütün səlahiyyətlər Çingiz Mehdiyevə verilmişdi. Bu onun təcrübəsindən irəli gəlirdi", - şahid ifadəsində qeyd edib.
Məhkəmənin növbəti iclası yanvarın 13-nə təyin olunub.
Qeyd edək ki, Çingiz Mehdiyev Formula-1 oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO











