Futbolçunu küçədə döyüb öldürdülər

Rusiyada futbolçu Arseni Yeroşeviç üç nəfər tərəfindən vəhşicəsinə döyülərək öldürülüb. Avtosfer.az Lent.az-a istinadla bildirir ki, hadisə avqustun 17-si səhər tezdən Moskvanın Proletar prospektində baş verib. İlkin məlumata görə, münaqişə yerli barlardan birində başlayıb, daha sonra küçədə davam edib və gənclərdən ibarət dəstə bir oğlana ağır bədən xəsarətləri yetirib. Zərərçəkən “Rusiya İcması” futbol klubunun oyunçusu olub. Hüquq-mühafizə orqanları üç şübhəlini saxlayıb, onlardan ikisi artıq günahını etiraf edib. Onların arasında — Mərkəzi Asiya ölkələrindən birinin 20 yaşlı vətəndaşı və 24 yaşlı yerli sakin var. Cinayətkarlar Nijni Novqorodda saxlanılıb. Hadisə ilə bağlı “sağlamlığa ağır zərər vurma” maddəsi üzrə cinayət işi açılıb. Lakin Arseni Yeroşeviçin ölümündən sonra şübhəlilərə qarşı ittihamlar yenidən təsnif oluna bilər.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












