Gecə 2-də tanımadığı evin qapısını döydü - Həbs edildi

Bakıda gecə saatlarında tanımadığı şəxsin evinin qapısını döyərək mənzildəkilərin narahatlığına səbəb olmuş şəxs inzibati məsuliyyətə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yaşayan vətəndaş polisə müraciət edərək gecə saat 01:40 radələrində tanımadığı şəxsin onun mənzilinin qapısını döyərək xuliqanlıq etdiyini bildirib.
Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törədən 1989-cu il təvəllüdlü Maksim S. saxlanılıb.
O, izahatında törətdiyi əməli etiraf edib: “Anam məni yaşadığımız evə buraxmadığı üçün dostum Qamiqin yaşadığı Nərimanov rayonu C.Hacıbəyli küçəsində yerləşən mənzilində müvəqqəti yaşayıram. Saat təxminən 01:40 radələrində sərxoş vəziyyətdə gecələmək üçün dostumun yaşadığı mənzilə gəldikdə səhvən qonşunun qapısını döymüşəm. Daha sonra isə yan qapıda yaşayan Qamiqin mənzilinə daxil oldum. Həmin mənzilin qapısını döyməkdə başqa məqsədim yox idi. Sadəcə sərxoş olduğumdan qapıları səhv salmışdım. Əməlimdən səmimi peşmanlıq duyuram”.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıqda təqsirli bilinən Maksim 7 sutkalıq inzibati həbs olunub.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












