Gecə Bakıda kütləvi dava olub - İki nəfəri öldürüblər - VİDEO

Hadisə 12 Fevral 2023 11:51 Oxunub 1484
Gecə Bakıda kütləvi dava olub - İki nəfəri öldürüblər    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gecə Bakıda kütləvi dava olub, nəticədə iki nəfər ölüb.

Ağır cinayət saat 2 radələrində Nizami rayonu, Keşlə qəsəbəsində baş verib.

Kəndçi küçəsində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisə yerində rayon polis və prokurorluq əməkdaşları araşdırmalara başlayıblar. Hər iki şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb. Ərazidə olan müşahidə kameralarının köməyi ilə çox çəkməyib ki, cinayətdə şübhəli bilinən şəxslər saxlanıblar.

Faktla bağlı cinayət işi başlanıb, 4 nəfər şübhəli şəxs qismində saxlanıb.

Gecə daha bir ağır cinayət paytaxtın Xəzər rayonunda baş verib.

Binə qəsəbəsi ərazisində 55 yaşlı Pakizə Xudiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin ifadəsində kişi həyat yoldaşını aralarında yaranmış münaqişə zamanı kəsici alətlə öldürdüyünü etiraf edib.

Qonşuların sözlərinə görə, ailə sakit və mehriban olub.

Faktla bağlı rayon prokurorluğunda ''xüsusi amansızlıqla adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə ibtidai istintaq davam etdirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh