Banner

Gecə klubunun damı uçub, 44 nəfər ölüb

Hadisə 8 Aprel 2025 18:54 Oxunub 208
Gecə klubunun damı uçub, 44 nəfər ölüb
WhatsApp |

Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Avtosfer.az xəbər verir ki, bu barədə ABC ölkənin müdafiə idarəsinə istinadən məlumat yayıb.

“Paytaxt Santo-Dominqoda yerləşən “Jet Set” gecə klubunda azı 44 nəfər ölüb və 160 nəfər yaralanıb”, – məlumatda deyilir.

***

Dominikan Respublikasının paytaxtı Santo Dominqoda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 27-yə çatıb.

Avtosfer.az xəbər verir ki, bu barədə yerli “Diario Libre” qəzeti paytaxtın Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesə istinadən məlumat yayıb.

Məlumata görə, 130-dan çox insan xəstəxanaya yerləşdirilib.

İnsidentin səbəbləri hələ də məlum deyil.

**

Dominikan Respublikasında “Jet Set” klubunda damın uçması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Avtosfer.az xəbər verir ki, bu barədə “Diario Libre” nəşri Fövqəladə Hallar Mərkəzinə istinadən məlumat yayıb.

"Jet Set” gecə klubunda baş verən faciədə 18 nəfər həlak olub və yüzlərlə insan yaralanıb, 121 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib", - qurumdan bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh