Gecə ofisdə səs-küylə tiktok videosu çəkən 14 nəfər cəzalandırıldı - VİDEO

Çap xidmətləri adı altında fəaliyyət göstərən ofisdə "TikTok" oyunları keçirərək səs-küy salan şəxslər məsuliyyətə cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ayın 21-də gecə saatlarında bir nəfər polisə məlumat verərək "TikTok" sosial şəbəkəsində "Samka" ləqəbli şəxsin idarəçiliyi ilə aparılan verilişdə özünü şəhid ailəsi kimi təqdim edən qadının nalayiq ifadələr işlətdiyini və şəxsi maraqları üçün şəhid ailəsi adından istifadə etdiyini bildirib.
Araşdırmalarla həmin verilişin paytaxtın Nərimanov rayonu ərazisindəki çap xidmətləri adı ilə fəaliyyət göstərən ofisdə təşkil olunması, həmin ünvana gecə saatlarında xeyli sayda vətəndaşların gəlməsi və orada səhər saatlarınadək keçirilən şou-proqramlar nəticəsində yaranan səs-küyün sakinlərin haqlı narazılığına səbəb olması müəyyən edilib.
Həmçinin həmin iaşə obyektinin icarə müqaviləsi olmadan fəaliyyət göstərdiyi də aşkar edilib.
Polis əməkdaşları tərəfindən qeyd olunan məkana toplaşaraq ictimai qaydanı pozan 14 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI










