Gədəbəydə ata ilə oğulun mübahisəsi qanlı bitdi - VİDEO
Hadisə
17 Noyabr 2025 11:18
Oxunub 202

Gədəbəydə 37 yaşlı oğlan yaşadığı evdə bıçaqlanıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.
Rəşad İlyasov aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib. İlkin araşdırmalar göstərir ki, hadisə Rəşadla onun atası İlqar İlyasov arasında yaşadıqları evdə mübahisə zamanı baş verib.
Ata və oğul evdə mübahisə edərkən onların səs-küyünə yaxınlıqda yaşayan qohumu müdaxilə edib. O, tərəfləri sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib.
Hadisəsinin şahidi hadisənin təfərrüatı barədə danışıb. Qohumun sözlərinə görə, ata ilə oğul arasında əvvəllər də mübahisələr olub.
Ətraflı süjetdə:
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














