Gədəbəydə dağlıq ərazidə yanğın başladı - VİDEO
Hadisə
10 Noyabr 2025 15:00
Oxunub 224

Gədəbəy rayonunun Dördlər və Mormor kəndləri istiqamətində dağlıq ərazidə yanğın olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.
Hazırda yanğının söndürülməsi əməliyyatları FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə birgə həyata keçirilir.
Əlavə məlumat veriləcək.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














