Banner

Gədəbəydə yanğın baş verdi - VİDEO

Hadisə 17 Mart 2025 09:36 Oxunub 222
Gədəbəydə yanğın baş verdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Zəhmət kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində dağlıq ərazidə 100 ha sahədə quru ot və kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh