“Gəlinimə sual verdim, cavab vermədən öldürdüm”

Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü gəlini Hafizə Rzayevanı qətlə yetirən 68 yaşlı qayınatası Şəhriyar Hüseynovun məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, cinayət işi ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Hökmə əsasən, Ş.Hüseynov 16 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış edən Şəhriyar Hüseynov gəlinini başqa şəxslə münasibətdə olduğu üçün öldürdüyünü bildirib:
“Hadisədən xəbər tutandan sonra oğlumu çağırıb danışdım və dedim ki, boşanacaqsınız. Daha sonra boşanma zamanı qadının yenə həmin evdə saxlanılacağını və ömür boyu həm oğluma, həm nəvələrimə problem yaradacağını düşünərək ən yaxşı seçimin onun öldürmək olduğu qənaətinə gəldim. Bir neçə gün onu müşahidə etdim, oğlum və nəvələrimin evdə olmadığı günü gözlədim. Hadisənin baş verdiyi gün isə evdən bıçaq götürüb onlara getdim. Gəlinimə sual verdim, amma cavab verməsini gözləmədən onu bıçaqladım. Öldüyünə əmin olduqdan sonra oğluma zəng edərək hadisəni danışdım. Daha sonra isə qızıma zəng edərək ondan nəvələrimin travma almaması üçün onları məktəbdən götürərək öz evinə aparmasını istədim”.
Qeyd edək ki, cütlük 17 il evli olublar. Cinayət hadisəsi bu ilin mayında baş verib.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












