Gəmidəki yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir - VİDEO

Hadisə 1 Avqust 2024 13:24 Oxunub 124
Gəmidəki yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görülmüş tədbirlər nəticəsində FHN Yanğından Mühafizə Xidmətinin müvafiq vasitələrlə təchiz olunmuş peşəkar yanğınsöndürənləri göyərtəyə qalxaraq bilavasitə gəminin daxili bölmələrində yanğınla mübarizə tədbirlərinə başlayıblar.

Bundan əlavə, yanğının söndürülməsi əməliyyatının fasiləsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri hadisə yerinə müvafiq vasitələrin çatdırılmasını həyata keçirir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə ötən gün Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində baş verib. Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh