Gəmiyə hücum edildi - 3 ölü, 2 yaralı

Yəmən sahillərində “Eternity C” yük daşıyan gəmisinə hücum nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Yunanıstanın “ERT-news” telekanalı məlumat yayıb.
“Qırmızı dənizdə Liberiya bayrağı altında üzən Yunanıstanın “Eternity C” ticarət gəmisinə husilərin hücumundan sonra 3 nəfərin ölməsi ilə bağlı xəbərlər təsdiqlənib. İlkin olaraq ölənlərdən ikisinin meyiti mühərriklərin olduğu bölmədə tapılıb. Daha sonra üçüncü ölüm hadisəsi ilə bağlı məlumat təsdiqlənib. Həmçinin iki nəfərin yaralı olması ilə bağlı xəbərlər var”, - telekanal vurğulayıb.
“Reuters”in məlumatına görə, gəminin heyəti ümumilikdə 21 Filippin və 1 Rusiya vətəndaşı, həmçinin silahlı mühafizəçilərdən ibarətdir.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzinin (UKMTO) məlumatına görə, iyulun 7-də gəmi reaktiv qumbaratandan atılmış 5 qumbara ilə vurulub. İyulun 8-də kiçik motorlu qayıqlarla gəmiyə hücum davam edib, gəmi ciddi zədələnib və hərəkətini dayandırıb. Hadisə Yəmənin Hudeyda liman şəhərinin 51 dəniz mili (95 km) qərbində baş verib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












