Gənc oğlan "20 Yanvar"da özünü maşınların altına atır - VİDEO

Hadisə 30 Aprel 2025 10:18 Oxunub 850
Gənc oğlan "20 Yanvar"da  özünü maşınların altına atır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atıb.

Avtosfer.az xəbər verir ki, bu barədə qafqazinfo-ya məlumat verən vətəndaş həmin görüntüləri təqdim edib.

Bildirilib ki, 30-35 yaşlı şəxs əsasən səhər saatlarında yolun hərəkət hissəsində təhlükəli vəziyyət yaradır və maşınların qarşısına çıxaraq xəsarət almış kimi görüntü yaradır. Onun avtomobil sahiblərindən müəyyən qədər pul alaraq məsələni “həll etdiyi” qeyd edilir.

Aprelin 27-də qeydə alınmış görüntülərdən də məlum olur ki, şəxsiyyəti məlum olmayan şəxs hərəkətlərinə israrla davam edir və yaxınlıqda olan vətəndaşlar onu dartaraq yolun hərəkət hissəsindən kənarlaşdırırlar.

Sözügedən görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh