Gənc oğlan əsgər yoldaşını "yetim" sözünə görə yatdığı yerdə güllələdi

Silahla ehtiyatsız davranış nəticəsində həlak olduğu bildirilən "N" saylı hərbi hissənin əsgəri Rüfət Ağayevin qəsdən öldürüldüyü məlum olub.
Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, aparılan istintaqla Rüfətin əsgər yoldaşı tərəfindən güllələnərək qətlə yetirildiyi müəyyən edilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl Rüfət Ağayev və təqsirləndirilən əsgər Tale Qurbanov arasında bir neçə dəfə mübahisə baş verib. İddiaya görə, Rüfətin ona "yetim" deyə müraciət etməsi Qurbanovda qəzəb və kin yaradıb. Atası və anası sağ olan Tale bu sözləri qəbul etməyərək əsgər yoldaşını öldürmək qərarına gəlib.

Bir neçə gün sonra gecə növbəsində olan Qurbanov postdan çıxaraq digər patrul naryadını oyatmaq bəhanəsi ilə əsgərlərin yataqxanasına gedib. Yataqxanaya daxil olan vaxt Rüfətlə aralarındakı mübahisələr onun yadına düşüb.
Hisslərini cilovlaya bilməyən Tale silahlı vəziyyətdə fürsət yaranmasından istifadə edərək yatmış vəziyyətdə olan xidmət yoldaşı Rüfəti güllələyib.
Təqsirləndirilən şəxs ilkin ifadəsində hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini, Rüfəti öldürmək niyyətində olmadığını deyib.
Lakin toplanmış sübutlar, o cümlədən şahid ifadələri qəsdən adam öldürmə kimi qiymətləndirilib.
Hökmə əsasən 20 yaşlı Tale əsgər yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 3 ilini ümumi, qalan 13 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












