Gənc oğlan hərəkətdə olan maşının baqajından əl-ayağını sallayıb “şou” göstərdi - VİDEO
Hadisə
28 İyun 2024 16:30
Oxunub 622
Gəncədə sürücü və sərnişin qayda pozaraq təhlükə yaradıblar.
Avtosfer.az-ın məlumatına görə, video “TikTok” sosial platformasında paylaşılıb. Belə ki, 20-EX-444 dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini oturacaqlardan kənar, maşının saxlanc yerində (baqaj) sərnişin əyləşdiyi halda idarə edib. Görüntüdən aydın olduğu kimi, gənclər “şou” göstərmək niyyətinə bu xətanı törədiblər. Hətta baqajda oturan sərnişin əl-ayaqlarını çölə çıxarıb və telefonla mesajlaşıb.
Qeyd edək ki, bu halda avtomobil idarə etmək qanuna ziddir və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 80 manat cəriməylə nəticələnir.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR