Gənc qız “TikTok”da yazdıqlarına görə - 1000 manat cərimələndi

Sabunçu Rayon Məhkəməsində 1999-cu il təvəllüdlü Arzu Quliyeva (bütün ad-soyadlar şərti) haqqında verilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumata görə, Qulu Abbasov A.Quliyevanın sosial şəbəkədə onu söyərək təhqir etdiyini bildirib və gənc qızın cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. Müəyyən edilib ki, Qulu əvvəllər Arzunun bibisi qızı ilə evli olub, lakin tərəflər bir müddət əvvəl boşanıb. Bundan bir neçə ay sonra Arzu “TikTok” sosial şəbəkəsində Qulunun canlı yayım açdığını görüb və hər hansı mübahisənin olmamasına baxmayaraq, şərh bölməsində kişini söyərək təhqir edib. Təqsirləndirilən şəxs Quluya qarşı aqressiv olduğunu bildirib, bibisi qızından boşandığı üçün bu addımı atdığını deyib. Məhkəmə 26 yaşlı qızı Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə təqsirli bilərək 1000 manat cərimə edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












