Banner

Gəncə sakini qonşusu tərəfindən bıçaqlandı - YENİLƏNİB

Hadisə 27 Avqust 2025 15:06 Oxunub 468
Gəncə sakini qonşusu tərəfindən bıçaqlandı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncə sakininin qonşusu tərəfindən bıçaqlanmasının detalları məlum olub.

Avtosfer.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri 1982-ci il təvəllüdlü Etibar Məmmədovun daxilə keçməyən və 1984-cü il təvəllüdlü Ziya Cəfərovun daxilə keçən kəsici-deşici alətlə xəsarət almaları barədə məlumat daxil olub.

İlkin araşdırmalar zamanı onların qonşuluq münaqişəsi zamanı bir-birilərinə xəsarət yetirmələri məlum olub. Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.(unikal)

***

Gəncədə 43 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü E.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, E.Məmmədov qonşusu tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh