Gəncəçayda batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

Hadisə 19 May 2024 09:33 Oxunub 636
Gəncəçayda batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb.

Avtosfer.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Murad Allahverdiyevin meyiti aidiyyatı üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.

***

09:00

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncəçayın Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən hissəsində 1 nəfər yeniyetmənin batması barədə ilkin məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bidirilib ki, dərhal hadisə yerinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən 2010-cu il təvəllüdlü Allahverdiyev Murad Yasin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

Əlavə məlumat veriləcək.


***

00:33
Göygöldə 14 yaşlı oğlan çayda batıb.

APA-nın məlumatına görə, hadisə Gəncəçayın rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə sakini 14 yaşlı Allahverdiyev Murad Yasin oğlu çayda boğulub.

Hadisə yerinə Gəncə Şəhər Baş Polis idarəsinin və digər qurumların əməkdaşları cəlb olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh