
Gəncədə 31 yaşlı kişi küçədə bıçaqlandı - YENİLƏNİB

"22.03.2025-ci il tarixində saat 02:10 radələrində 1994-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, pasiyentə qarnın ön divarının daxilə keçən kəsilmiş, deşilmiş və sağ əlin 4-cü barmağının kəsilmiş yarası diaqnozları təyin olunub.
Ona zəruri tibbi yardım göstərilib, hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
***09:00
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki Kəlbəcər rayon sakini 1994-cü il təvəllüdlü V.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal 31 yaşlı kişi əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.