Gəncədə 31 yaşlı taksi sürücüsü bıçaqlandı - YENİLƏNİB
Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəsul Osmanlı saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
(unikal)
***
Gəncədə taksi sürücüsü dava zamanı bıçaqlanıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə "Təzə Yevlax" avtovağzalı adlanan ərazidə baş verib. Belə ki, 1993-cü il təvəllüdlü İ.Həsənov bıçaqlanma diaqnozu ilə xəstəxanaya apaılıb. Dərhal yaralıya yardım edilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə, hadisə söyüş üstündə olub. Əvvəlcə hər iki şəxsin arasında dava düşüb.
Qeyd edək ki, hər iki şəxs Gəncə-Bakı istiqamətində taksi fəaliyyəti göstərir.
Bıçaqlanama hadisəsi ilə bağlı araşdırma aparılır.